1news.az

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

30 Oktyabr saat 23:31 ~ 1 dəqiqəlik oxu 2860
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.

21.27

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 321 nəfərə çatıb, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

Bildirilri ki, dağılmış və zərər görmüş 12 binada axtarış-xilasetmə işləri davam etdirilir.

19:34

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

18.29

Türkiyənin Təcili Yardım Xidməti zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb, 120 yaralının olduğu bildirilir.

Trend-in məlumatına görə, axtarış-xilasetmə tədbirlərinə helikopterlər də cəlb edilib

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net