1news.az

Jurnalist “körpəsi” ilə dilənçilik etdi, bir saata... - VİDEO

23 Dekabr saat 17:03 bir dəqiqəlik oxu 338
Jurnalist “körpəsi” ilə dilənçilik etdi, bir saata... - VİDEO

Türkiyəli jurnalist Səma Akbulut dilənçi kimi geyinərək bu “peşə” sahiblərinin qazancı barədə araşdırma aparıb.

“CNN Türk”ün müxbiri eksperimentini cümə günü Fateh məscidinin qarşısında həyata keçirib.

Cümə namazından çıxanlardan pul dilənən jurnalist, həmçinin, detalları da unutmayıb. Belə ki, Akbulut “qucağında körpəsi ilə dilənən ana” obrazını yaradıb. Bunun üçün oyuncaq uşaqdan istifadə edən müxbir onu “Eylül” adlandırıb. Bir saat davam edən eksperimentin sonunda “dilənçi” 82 türk lirəsi (23.5 manat) toplayıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Türkiyə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net