Koreya Respublikasının Prezidenti Mun Ce-in AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın nümayəndə heyətini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Koreya Respublikasının Prezidenti Mun Ce-in AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın nümayəndə heyətini qəbul edib - FOTO

17:49 - 07 / 11 / 2019
Koreya Respublikasının Prezidenti Mun Ce-in AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın nümayəndə heyətini qəbul edib - FOTO

Noyabrın 7-də Koreya Respublikasının Prezidenti Mun Ce-in Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərlərini qəbul edib.

OANA-nın XVII Baş Assambleyası Seulda işə başlayıb və iki gün davam edəcək. Assambleyada 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Bu təşkilata 2016-cı ildən AZƏRTAC sədrlik edir.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident Mun Ce-in xəbər agentliklərinin sülhün və sabitliyin təmin edilməsində böyük rol oynadığını qeyd edib. Feyk xəbərlərin sürətlə yayıldığı indiki dövrdə xəbər agentliklərinin əhəmiyyətini xüsusi vurğulayan Prezident etimadın media üçün vacib rol oynadığını diqqətə çatdırıb.

Sonra çıxış edən OANA-nın prezidenti Aslan Aslanov “Jurnalistika üçün yeni çağırışlar: Texnoloji yeniliklər və xəbərlərin etibarlılığı məsələsi” mövzusunda keçirilən konfrans və Baş Assambleya barədə məlumat verib. “Texnoloji yeniliklər agentliklər üçün həm çətinliklər yaradır, həm də yeni imkanlar açır. İKT sənayesində lider ölkələrdən olan Koreya Respublikasında bu müzakirələrin aparılması bizim üçün önəmlidir. Biz toplantılarda mediaya ictimai etimad məsələsi, həmçinin feyk xəbərlərin zərərləri və təhlükələri barədə fikir mübadiləsi aparırıq. Bu mənfi hallar jurnalistikanın əsas prinsiplərinə təhlükədir”, - deyə Aslan Aslanov qeyd edib.

Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Ço Sanq-bonun, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liunun, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovun, Vyetnamın VNA agentliyinin baş direktoru Loi Nquyen Dukun və digər agentliklərin rəhbərlərinin suallarını cavablandıran Prezident Mun Ce-in Koreya yarımadasında sülhün təmin olunması, iqtisadi inkişafın gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb. “Qarşımızda keçilməli olan çox sayda sədlər var. Amma mən inanıram ki, sizin dəstəyinizlə sülh istiqamətində yeni tarixi addımlar atılacaq. Mən OANA-nın hər bir üzvünə uğurlar arzu edirəm və təşkilatın inkişafı və təkmilləşdirilməsinə verdiyi töhfələrə görə qurumun prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edirəm”, - deyə Prezident Mun Ce-in bildirib.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər