LSS MFL 2019/20 Liqasının XXIV turu: “Squadra”nın ilk məğlubiyyəti, “Khazar FC”dan darmadağın – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XXIV turu: “Squadra”nın ilk məğlubiyyəti, “Khazar FC”dan darmadağın – FOTO – VİDEO

13:50 - 06 / 03 / 2020
LSS MFL 2019/20 Liqasının XXIV turu: “Squadra”nın ilk məğlubiyyəti, “Khazar FC”dan darmadağın – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 24-cü turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 24-cü turda İnfinity konferensiyasında baş tutan oyunlar keçən turlardan fərqli olaraq bir o qədər də məhsular olmayıb. Bircə onu demək kifayətdir ki, ən qollu qarşılaşma olan “Driffters” – “Dənizkənarı Bulvar İdarəsi” görüşündə qapılara cəmi üç top vurulub. 2:1 hesabı ilə rəqibinə qalib gələn “Driffters” 9-cu qələbəsini bayram edib.

“Kontakt Home” “Xəzər Astara” komandasının qapısından iki cavabsız top keçirib. “Gənclik İK” – “Kapital Bank” matçında oyunun taleyini bir qol həll edib – 0:1.

Həm A konfeernsiyasının, həm də turun mərkəzi görüşü “Universal” – “Squadra” oyunu olub. Bu günə qədər keçirdiyi bütün oyunları qələbə ilə başa vuran lider ”Squadra” zəfər yürüşünü davam etdirə bilməyib. Belə ki, rəqibinə minimal hesabla uduzan komanda ilk dəfə məğlubiyyət acısı dadıb. Buna baxmayaraq “Squadra” zirvədəki yerini qoruyub.

24-cü turda Platinum konferensiyasının oyunları daha məhsuldar alındı. Ən qollu qarşılaşma olan “Ümid Üçtəpə” – “Peçat Dönər” görüşü böyük hesabla ikincilərin xeyrinə başa çatdı – 1:9.

“Khazar FC” “Darul Hikmət” komandasını meydana çıxmağa peşman etdi. Rəqibinin qapısından 8 cavabsız top keçirən “Khazar FC” növbəti qələbəsini qazandı.

Lider “Beerbaşa” da bu tur böyükhesablı qələbəyə sevindi. “Rəcəbspor”la qarşılaşan “pivəçilər” 6:3 hesabı ilə meydandan qalib ayrıldılar.

“Lokomotiv Baku” – “Borussia Baku” görüşündə isə qalibi müəyyən etmək mümkün olmadı. Komandalar hərəyə üç dəfə fərqlənməklə meydandan sülhlə ayrıldılar. Bu görüş tək Platinum konferensiyasının deyil, həm də turun heç-heçə bitən yeganə matçı oldu.

24-cü turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Geridə qalan 24 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 24 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
1044

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər