Müəllimlərin işə qəbulu üzrə müsahibələrin təşkili qeyri-müəyyən müddətədək uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə müsahibələrin təşkili qeyri-müəyyən müddətədək uzadıldı

13:51 - 30 / 10 / 2020
Müəllimlərin işə qəbulu üzrə müsahibələrin təşkili qeyri-müəyyən müddətədək uzadıldı

Müəllimlərin işə qəbulu üzrə müsahibələrin təşkilində müəyyən dəyişikliklər tətbiq olunur.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, hazırda peşə təhsili pilləsinə işə qəbul üzrə müsahibələr elektron qaydada aparılır. Regionlar üzrə elan edilmiş ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə müraciət ünvanlayan və ilk mərhələdən uğurla keçən şəxslər növbəli şəkildə müsahibəyə dəvət olunmaqdadırlar.

Tətbiq edilən yeni format Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ölkə ərazisində xüsusi karantin rejimi müddətinin uzadılması və bir sıra məhdudiyyətlərin tətbiqindən qaynaqlanır. Cəbhəboyu ərazilərdə yer alan peşə təhsil müəssisələrinə qəbul üzrə müsahibələrin təşkilində müəyyən çətinliyi nəzərə alaraq, hazırki dövrdə müsahibə mərhələsinin qeyri-müəyyən müddətədək uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərindən müraciət etmiş namizədlər üçün müsahibə mərhələsi 23 oktyabr tarixindən etibarən yekunlaşmış hesab olunur.

1news.az

Paylaş:
342

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər