Nazirdən işəgötürənlərə çağırış: İxtisarlara qəti yol verməyin | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirdən işəgötürənlərə çağırış: İxtisarlara qəti yol verməyin

18:43 - 24 / 03 / 2020
Nazirdən işəgötürənlərə çağırış: İxtisarlara qəti yol verməyin

İş yerləri məsələsi ilə bağlı, dövlət strukturlarında müvafiq addımlar atılıb. Burada iş yerləri maksimum qorunacaq, ixtisarlar olmayacaq. Özəl sektor işçiləri ilə əlaqədar isə dövlət tərəfindən çoxsaylı dəstək tədbirləri hazırlanır.

1news.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bütün işəgötürənlər dövlət dəstəyinin ediləcəyi haqqında məlumatlandırılıb: "Əmək müqavilələrinin bildirişi elektron sistemi vasitəsilə qeydiyyatdan keçmiş 74 mindən artıq işəgötürənin, hər birinə məlumatlar göndərilib ki, işçiləri ixtisar etmək, onların əmək hüquqlarına etinasız yanaşmaq, onları işdən azad etmək, Azərbaycan dövlətinin apardığı siyasətə ziddir. İşəgötürənlər korporativ məsuliyyət və sosial həmrəylik prinsipinə sadiq olaraq, işçiləri işdən azad etməkdən çəkinməlidirlər. Biz koronavirus pandemiyasından zərər çəkən həssas sektorları müəyyən etmişik. Onlara müvafiq dövlət dəstəyi proqramları hazırlanır.

İqtisadi məsələlər üzrə İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə veriləcək dəstəyin mexanizmi hazırlanır, Məşğulluq və əmək münasibətləri üzrə İşçi Qrupu tərəfindən isə işçilərə veriləcək dəstək tədbirləri müəyyənləşdirilir. Yəni, dövlət öz dəstəyini bəyan edib, cənab Prezident koronavirusun mənfi təsirlərinin aradan qaldırılmasını nəzərə alaraq, büdcədən bir milyard manat vəsait ayırıb. Bizim də işəgötürənlərin hər birindən gözləntimiz odur ki, onlar ixtisarlara qəti yol verməsinlər. Biz vətəndaşlarımızın işsizliyinin artmasına imkan verməməliyik".

1news.az

Paylaş:
509

Son xəbərlər

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27
Bütün xəbərlər