Prezident: Ermənistan üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Ermənistan üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət

23:32 - 28 / 10 / 2020
Prezident: Ermənistan üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət

Baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçsı bildirib: "Bütün bu işğal illəri ərzində Ermənistanın qınanması nədən ibarət olub? Məgər bu, ittiham idimi, xeyr. Məgər kimsə Ermənistanı işğala görə qınayıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz səylərimizlə BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratdılar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə.

Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar.

Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistanın pislənəcəyinə o qədər də ümid etmirdik. Bizi qardaş Türkiyə dəstəkləyir. Bizi Pakistan, Türkiyə Prezidenti, Pakistanın Baş Naziri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədiklərini ifadə ediblər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik".

S.Xankişiyeva

 

Paylaş:
377

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər