Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib – FOTO

16:26 - 16 / 11 / 2018
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib – FOTO

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının yekunlarına dair müşavirə keçirib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Baş Qərargah rəisi nəticələri təhlil edərək bildirib ki, müxtəlif qoşun əməliyyatlarında qərargahların, idarəetmə məntəqələrinin qarşılıqlı fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən general-polkovnik N.Sadıkov qeyd edib ki, müdafiə nazirinin göstərişinə əsasən komanda-qərargah hərb oyunlarında əsas diqqət ən yeni, o cümlədən kosmik texnologiyaların istifadəsinə yönəldilib və ilk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub.

Baş Qərargah rəisi bildirib ki, hərb oyunlarında qoşunların qarşılıqlı fəaliyyətinin təşkilində qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub, tapşırıqların yerinə yetirilməsində şəxsi heyət yüksək bilik, vərdiş, bacarıq və peşəkarlıq nümayiş etdirib.

S.Xankişiyeva

Paylaş:
385

Son xəbərlər

Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58
Bütün xəbərlər