1news.az

Tələbə qızın qaçırılmasına etiraz edən gənc müəllimi döymək istədilər – VİDEO

15 Oktyabr saat 16:53 ~ 1 dəqiqəlik oxu 385
Tələbə qızın qaçırılmasına etiraz edən gənc müəllimi döymək istədilər – VİDEO

Gürcüstanın azərbaycanlılar yaşadığı Qardabani rayonunun Kalinino kəndində təhsil almaq istəyən qızların zorla qaçırılmasına etiraz edən gənc müəllim üzr istəməyə məcbur edilib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, Həmid Sadıx adlı müəllim Feysbuk-da status yazaraq Təzəkənd kəndində dərs dediyi və bu il ali məktəbə qəbul olan qız şagirdinin avtobus dayanacağından zorla qaçırıldığını deyib:

"Vaxtilə dərs dediyim şagirdlərimdən birini zorla qaçırıblar. Bu gün universitetə ilk addımını atacaqdı, dayanacaqdan qaçırıblar. Bax belə murdar, əclaf adamlardan ibarətdir bizim icma. İndi ağsaqqallar düşəcək ortaya ki, barışın getsin".

Bundan sonra gənc müəllimə təzyiqlər başlayıb və kənd əhalisi bir yerə toplaşaraq Həmid Sadıxı da camaatın içərisinə gətiriblər. Orada gənclər onu döyməklə hədələyiblər. Gürcüstan televiziyasının hazırladığı reportajda görünür ki, cavan oğlanlar Həmid Sadıxın üzərinə hücum etmək istəyəndə kənardan "döymə" çağırışları eşidilir.

Burada kişilər gənc müəllimi onlardan üzr istəməyə məcbur ediblər və bunu videoya çəkərək sosial şəbəkələrdə yayımlayıblar. Bundan sonra isə vətəndaşlar müəllim Həmid Sadıxın müdafiəsi, gənc qızların zorla ərə verilməsinə etiraz üçün kampaniya başladıblar.

Gənclər #MənHəmidəm #MüəlliməToxunma həştəqləri ilə paylaşımlar etməyə başlayıblar. Həmid Sadıx daha sonra paylaşım edərək ümumi kənd əhalisini yox, zorakılığı, zorakılığa bəraət verənləri və vermək istəyən şəxləri təhqir etdiyini bildirib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net