1news.az

“Tərtərə atılan “Smerç” raketi yerli muzeyə təhvil verilib” - Hikmət Hacıyev - VİDEO

28 Noyabr saat 14:07 ~ 1 dəqiqəlik oxu 2890
“Tərtərə atılan “Smerç” raketi yerli muzeyə təhvil verilib” - Hikmət Hacıyev - VİDEO

Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan "Smerç" raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

Prezidentin köməkçisi deyib: "Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net