Xalq artisti Rauf Babayev vəfat edib
Azərbaycan Respublikasının Xalq artisti Rauf Babayev vəfat edib.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, müğənni 82 yaşında dünyasını dəyişib.
Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.
1news.az
779