Koronavirus təhlükəsi: Azərbaycan xaricdə olan vətəndaşlarını necə təxliyə etdi - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus təhlükəsi: Azərbaycan xaricdə olan vətəndaşlarını necə təxliyə etdi - TƏHLİL

18:50 - 01 / 04 / 2020
Koronavirus təhlükəsi: Azərbaycan xaricdə olan vətəndaşlarını necə təxliyə etdi - TƏHLİL

Dünyanı cənginə alan koronavirus görülən bütün tədbirlərə baxmayaraq sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, ölümcül virusa yoluxanların sayı 873 mini keçib, ölənlərin sayı isə 44 min nəfərə çatıb. Artıq demək olar ki, bütün ölkələrdə bu virusa yoluxma qeydə alınıb.

COVİD-19 virusunun coğrafiyasının sürətlə genişlənməsi ilə dünyanın mütləq əksər ölkələri tərəfindən ilk növbədə atılmış addım sərhədlərin və beynəlxalq uçuşların tamamilə məhdudlaşdırılması oldu. Radikal görünsə də, virusun ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınmasında ən effektiv olan belə addımın atılması nəticəsində bir çox ölkələrin xaricdə olan vətəndaşları bloklanmış vəziyyətə düşdülər.

Ölkələrdə ciddi karantin rejiminin tətbiqi ilə müvəqqəti olaraq xaricdə səfərdə olan vətəndaşlarla yanaşı, illərlə xaricdə yaşayan və çalışan, təhsil alan, olduqları yerdə yaşayış təminatları normal olan, koronavirus pandemiyasından öncə heç ölkələrinə qayıtmağı belə düşünməyən insanlar da hər vəchlə öz vətənlərinə qayıtmağa can atırlar. Bu hal isə onsuz da böyük çətinliklərlə üzləşən ölkələr üçün əlavə çətinliklər yaradır.

Yaranan çətinliklərə baxmayaraq Azərbayan dövləti ilk günlərdən müxtəlif səbəblərdən xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarının təxliyəsinə başladı.  Bir çox ölkələrdə müntəzəm təyyarə uçuşları dayandırıldığı, sərhədlər isə bağlı olduğu üçün Azərbaycan hökuməti vətəndaşlarının ölkəyə gətirilməsi üçün xüsusi çarter reysləri təşkil etdi. Bundan öncə isə vətəndaşların Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına etdikləri müraciətlər əsasında sərnişin sayı və digər məlumatlar öyrənildi, buna uyğun təxliyə planı hazırlandı. “Azərbayan Hava Yolları” QSC (AZAL) plana uyun olaraq xaridə olan vətəndaşlarımızın təxliyəsinə başladı.

Təxliyə prosesi ilk növbədə azərbaycanlıların sıx olduğu ərazilərdən başladı. Daha sonra digər ərazilərdən də azərbaycanlıların təxliyəsi həyata keçirildi. Təxliyə xərclərinin dövlət tərəfindən qarşılanması isə xüsusi qeyd edilməlidir.

Bütün bunlara bamayaraq bəzi üzdəniraqlar sosial şəbəkələr vasitəsilə Azərbaycan hökumətinə qarşı əsassız iddialar səsləndirməklə onu öz vətəndaşlarının təxliyəsini lazımi səviyyədə təşkil edə bilməməkdə ittiham edir.

Artıq yuxarıda qeyd etdiyim kimi, virusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti müxtəlif səbəblərdən xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarının təxliyəsinə başladı. Bütün bu tədbirlər bir sıra nüfuzlu beynəlxalq qurumlar və təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov martın 24-də AZƏRTAC-a müsahibəsində bildirib ki, bu günədək dövlətimiz hər zaman vətəndaşlarımızın yanında olub, onların üzərindən diqqəti əskik etməyib. Koronavirus infeksiyasının yayılması ilə mübarizə dövründə də dövlətimiz bütün səylərini səfərbər edərək, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda olan vətəndaşlarımızın sağlamlığını təmin etmək üçün ciddi tədbirlər görməkdədir:

Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər. Burada bizim qarşımızda duran əsas məsələ, dövlətlər tərəfindən karantin rejimi və ya fövqəladə vəziyyət elan olunduğu, quru və hava nəqliyyatının məhdudlaşdırıldığı və bir çox hallarda dayandırıldığı bir vaxtda xüsusilə xarici ölkələrdə müvəqqəti olan (işləyən, təhsil alan və ya digər səbəblərdən səfərdə olan) vətəndaşlarımız haqqında operativ və dolğun məlumatın əldə edilməsi, onların müraciətlərinin cavablandırılması, düzgün məsləhətlərin verilməsi və əlaqələndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Bütün diplomatik nümayəndəliklərimizin qaynar xətləri fəaliyyət göstərir. Xarici ölkələrdəki vətəndaşlarımızdan hazırkı vəziyyətdə hər hansı müraciətləri ilə bağlı ilk növbədə bu qaynar xətlərə üz tutmalarını tövsiyə edirik.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, bu günə qədər 10 minə yaxın Azərbaycan vətəndaşı xaricdən təxliyə olunaraq ölkəyə gətirilib:

“Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir”.

Prezidentin köməkçisi bildirib ki, hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək hüququ var və dövlətimiz də bu çətin şəraitdə vətəndaşlarımızın gətirilməsi üçün zəruri tədbirlər həyata keçirir: “Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib”.

Xaricdə olan vətəndaşlarımıza ən böyük dəstək Prezident İlham Əliyevdən gəldi. İlk gündən vəziyyəti nəzarətinə götürən dövlət başçısı xaricdə olan vətəndaşlarımızın mümkün qədər qısa müddət ərzində ölkəyə gətirilməsi, təxliyə edilənlərə lazımi dəstəyin göstərilməsi ilə bağlı tapşırıqlar verdi.

Nəzərə almaq lazımdır ki, pandemiya halını almış koronaviris çox qısa bir müddətdə meydana gələrək sürətlə yayılmağa başladı. Buna görə də əksər ölkələrin buna hazır olmadığı üzə çıxdı. Hətta inkişaf etmiş ölkələr belə onun qarşısında aciz qaldılar. Dediklərimizə misal olaraq, Fransa, İtaliya, İspaniya, İngiltərə, ABŞ kimi ölkələrin adını qeyd edə bilərək. Göründüyü kimi, nə qədər inkişaf etsələr də, dünyanın supergücləri hesab olunsalar da adlarını çəkdiyimiz ölkələr koronavirusun qarşısında aciz duruma düşdülər.

O cümlədən təxliyə məsələlərində də həmin ölkələr oxşar problemlərlə üzləşirlər. Məsələn, Fransa hökuməti xarici ölkələrdə olan on minlərlə vətəndaşının yalnız yarısını təxliyə edə biləcəyini bəyan edərək bu istiqamətdə işlər görməyə başlayıb. Lakin təxliyəni tələb edən xaricdəki fransızların qeyri-ciddi münasibəti bu prosesə böyük əngəllər yaradır. Çox vaxt əvvəlcədən qayıtmaq istəyini bildirən fransızlar son məqamda fikirlərini dəyişir və ya ümumiyyətlə hava limanına gəlmirlər.

Əksər fransızları narahat edən məqamlardan biri göndərilən təyyarələrin ödənişli əsasda və olduqca yüksək qiymətə sərnişin qəbul etməsidir. Digər halda isə aviaşirkət təyyarənin tam dolmaması səbəbindən havaya qalxmaq istəmir və günlərlə bütün yerlərin dolmasını gözləyir. Halbuki artıq qeyd etdiyimiz kimi, Azərbaycan dövləti xaricdəki vətəndaşlarının təxliyəsini tamamilə pulsuz həyata keçirir.

Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın da son günlər sosial şəbəkələrdə etdiyi paylaşımlar diqqəti çəkir. O, dünyanın müxtəlif ölkələrində qalmış və Rusiyaya dönmək istəyən çoxlu sayda insanlardan müraciətlərin daxil olduğunu və onların təxliyəsi üçün dövlətin əlindən gələni etdiyini qeyd etməklə yanaşı, şəxsi Facebook səhifəsində illərlə xaricdə yaşayan və çalışan, indiki durumda vətəni yada salmaları ilə bağlı kinayəli yazı yerləşdirib.

Daha öncəki bir paylaşımda isə M.Zaxarova rusiyalıları xaricə istirahətə göndərən turist şirkətlərinin və xarici aviaşirkətlərin onları geri qaytarmağa borclu olduqlarını, lakin indi bu işin dövlət tərəfindən edilməli olduğu barədə şikayət etmişdi. Onun sözlərinə görə, ölkəyə qayıtmaq istəyən vətəndaşlar onlara dəstək göstərən diplomatik xidmət orqanları əməkdaşların necə çətin şərtlər altında çalışmağa məcbur olduqlarını nəzərə almırlar.

Son mətbuat brifinqlərinin birində M.Zaxarova Rusiya XİN və xaricdəki diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşlarının xarici ölkələrdən təxliyə edilməsi üçün gərgin rejimdə çalışdıqlarını, təxliyə prosesinin həmin ölkələrin rəsmi orqanları ilə razılaşdırılmış qaydada mərhələli şəkildə həyata keçirildiyini bildirib, lakin hamının təxliyə edilməsinin qeyri-mümkün olduğunu da xüsusilə vurğulayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko isə sərt açıqlama ilə çıxış edərək dünyada koronavirusun yayılması ilə əlaqədar xəbərdarlıqlara baxmayaraq ölkəni tərk edən belaruslara çarter reysləri göndərməyəcəyini söyləyib.

“Bir çox belarus pandemiya səbəbiylə dünyanın çətin vəziyyətə düşdüyünü və bir çox ölkələrin sərhədlərini bağladıqlarını bilərək istirahətə getdi. Artıq var güümüzlə qışqırırıq: xaricə getmə, evdə qalın. Yox, yenə də xaricə gedirlər. Xəbərdarlıqlarımızdan sonra gedənlərə heç bir çarter olmayacaq. Qoy getdikləri yerdə otursunlar”- deyə, Lukaşenko qeyd edib.

ABŞ və Böyük Britaniyanın təcrübəsində isə öz qərarı ilə xaricə gedən vətəndaşların qayıtması onların öz məsuliyyətinə düşən haldır.

Göründüyü kimi, hətta ən inkişaf etmiş ölkələr belə vətəndaşlarının xaricdən təxliyə edilməsində çətinliklərlə qarşılaşırlar, bəzi hallarda isə vəziyyətdən çıxış yolunu vətəndaşların özlərinin tapmalı olduğunu deyirlər. Yəni, vətəndaşlar öz taleləri ilə başlı-başına buraxılır. Belə olan halda ilk gündən pulsuz olaraq vətəndaşlarının təxliyəsini həyata keçirən, onların sağ-sağ salamat öz ailələrinin yanına qayıtmalarına çalışan Azərbaycan dövlətinin ünvanına əsassız ittihamların səsləndirilməsi nə dərəcə doğrudur? Aydın məsələdir ki, bu cür iddiaların heç bir əsası yoxdur. Azərbaycan dövləti hər zaman olduğu kimi bu gün dəvətəndaşlarının yanındadır və onların təhlükəsizliyi üçün bundan sonra da əlindən gələni edəcək.

1news.az

Paylaş:
1190

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər