Yaponiyada uçan avtomobil test edilib | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada uçan avtomobil test edilib

13:24 - 09 / 08 / 2019
Yaponiyada uçan avtomobil test edilib

Hazırkı texnologiyada uçan nəqliyyat vasitələri artıq təxəyyül deyil. İlk cəhdini keçən həftə müvəffəqiyyətlə həyata keçirən NEC şirkətinin uçan aparatı yerdən 3 metr yüksəkliyə qalxa bildi və bu görüntülər qeyd edildi.

1news.az chip.az-a istinadən bildirir ki, NEC texnologiya şirkəti "Gələcəyə Qayıt" filmindən xatırladığımız uçan avtomobil konsepsiyası üzərində işləyir. Bu gün uçan avtomobilin prototipi Yaponiyada təxminən bir dəqiqə sınaqdan keçirildi. Avtomobil sınaq dövründə yerdən 3 metr yüksəklikdə havada qalıb.

Tokioda fəaliyyət göstərən qlobal texnologiya şirkəti olan NEC tərəfindən istehsal olunan ilk prototip adi avtomobildən daha çox təyyarəyə bənzəyir. Onun yerdən qalxması üçün 4 pervanesi var.

Avtomobil, şirkətin Tokiodakı obyektində sərnişin olmadan yerdən təxminən 3 metr yuxarı qalxaraq  görüntüləri YouTube-da paylaşıldı.

Bu yeni texnologiya hələ də batareyalar və təhlükəsizlik baxımından bir sıra problemlərə sahibdir, lakin bu nəqliyyat vasitələrində olan "elektrik şaquli uçuş və enmə" texnologiyasının helikopterlərə nisbətən daha ucuz, daha sakit və daha əlçatan olması nəqliyyat vasitələrinin gələcəyi üçün faydalıdır. Vasitənin yük daşınması və ya əyləncə üçün səyahətdə istifadə edilə biləcəyi də ehtimal edilir.

Şirkət rəsmisi Ishiguro-nun sözlərinə görə, yüklərin paylanması 2023-cü ildə başlayacaq və uçan nəqliyyat vasitələri 2030-cu illərdə gündəlik səyahət məqsədi ilə istifadə ediləcək. Uçan avtomobil nəqliyyat vasitələrinin istifadəsinin önümüzdəki illərdə həyata necə təsir göstərəcəyi hələ məlum deyil, lakin şirkətin dediyi kimi bu inqilabi bir yeniliyin başlanğıcı ola bilər.

1news.az

Paylaş:
538

Son xəbərlər

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26
Bütün xəbərlər