Ərdoğan: “Bundestaqın qərarı Türkiyə-Almaniya münasibətlərinə ciddi təsir edəcək” – VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hasisələrilə bağlı qəbul etdiyi qərarını ciddi tənqid edib.
“Əslində alman parlamentinin bu qərarı Almaniya ilə Türkiyə arasındakı münasibətlərə ciddi təsir edəcək. İlk addım olaraq biz, Berlindən səfirimizi geri çağırdıq. Biz müəyyən qiymətləndirmə aparaçağıq, daha sonra isə müvafiq tədbir görəcəyik”, - Türkiyə prezidenti Keniyada jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Bundestaqın qəbul etdiyi qərardan sonra Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmə üçün artıq vətəninə geri çağırılıb.
Mövzu ilə əlaqədar oxuyun:
Bundestaq qondarma “erməni soyqırımı”nı tanıdı
Numan Kurtuluş: “Bundestaqın qərarı Türkiyə üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir”
Türkiyə Almaniyadakı səfirini geri çağırdı
1news.az