Alibaba internet mağazası 8 dəqiqəyə 1 milyard dollarlıq mal satıb | 1news.az | Xəbərlər
Dünya

Alibaba internet mağazası 8 dəqiqəyə 1 milyard dollarlıq mal satıb

13:35 - 12 / 11 / 2015
Alibaba internet mağazası 8 dəqiqəyə 1 milyard dollarlıq mal satıb

Çinin Alibaba kompaniyası ölkədə noyabrın 11-də qeyd olunan “Subaylar günü”ndə bütün mümkün rekordları qıraraq 8 dəqiqəyə 1 milyard dollarlıq mal satıb.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, ümumilikdə isə möhtəşəm güzəştli satışların keçirildiyi sutka ərzində Çin nəhəngi mal və xidmətlərdən 14 milyard dollar əldə edib.

Güzəştli satışlara bir çox beynəlxalq brendlər də qatılıb. Onların arasında İspaniyanın “Zara”, Yaponiyanın “Uniqlo” və Britaniyanın "Burberry" kompaniyaları da var. Satışlar dünyanın 176 ölkəsində keçirilib.

Çində “Subaylar günü” ilin 11-ci ayının 11-ci günündə qeyd olunur. Bu təqvimdəki tək rəqəmlər yalqız insanların simvolu sayılır. Həmin gün internet-mağazalar öz alıcılarına böyük endirimlər təklif edir.

Paylaş:
1416

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər