Argentinada keçirilən prezident seçkilərində müxalifət qalib gəldi

Argentinada keçiriən prezident seçkilərində iştirak edən Buenos-Ayres şəhərinin meri Maurisio Makri səslərin çoxunu qazanaraq liderliyi ələ alıb.
1news.az rg.ru-ya istinadla xəbər verir ki, müxalifət partiyasından namizəd olan Maurisio səslərin 51.45%-ni toplayaraq rəqiblərini geridə qoyub.
Bununlada ölkədə 12 ildir dominantlıq edən Kristina Kirşner və onun həyat yoldaşının hakimiyyətinə son qoyulmuş oldu. Bu il ilk dəfədir ki, Argentinada prezident seçkiləri 2 turdan ibarət oldu. 25 oktyabrda keçiriləın birinci turda heç bir namizəd 50%-dən çox səs toplaya bilməmişdi.
“Bu gün tarixi gündür. Bu, dövrün dəyişməsidir”, - deyə Makri Buenos-Ayresdə minlərlə tərəfdarlarına müraciət edib.
1news.az
496