Myanmada torpaq sürüşməsi nəticəsində 104 nəfər həlak olub
Myanmanın şimalında Kaçin ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 104 nəfər ölüb, 100-dən çox insan itkin düşmüş hesab edilir.
1news.az-ın “РИА Новости”-yə istinadən verdiyi məlumata görə, hadisə Xpakan şəhəri yaxınlığında nefrit mədənlərinə yaxın ərazidə baş verib.
Ölənlərin əksəriyyətinin yarı qiymətli daşların axtarışı ilə məşğul olan kasıb insanların olduğu bildirilir.Torpaq sürüşməsi nəticəsində mədəndə çalışan fəhlələrin yaşadığı 70-dən çox ev torpaq altında qalıb.
Ölənlərin sayının artacağı istisna olunmur.
1news.az
690