Paris sakinləri öz əvəzlərinə ayaqqabılarını "mitinq"ə göndərdilər - Foto | 1news.az | Xəbərlər
Dünya

Paris sakinləri öz əvəzlərinə ayaqqabılarını "mitinq"ə göndərdilər - Foto

15:36 - 01 / 12 / 2015
Paris sakinləri öz əvəzlərinə ayaqqabılarını "mitinq"ə göndərdilər - Foto

Noyabrın 29-da Parisdə BMT-nin iqlim dəyişikliklərinə həsr olunan 21-ci Ümumdünya konfransı başlayıb.

1news.az buro247.az-a istinadən xəbər verir ki, həmin gün minlərlə parisli ictimaiyyətin diqqətini ekologiya problemlərinə yönəltmək və siyasətçiləri lazımi ölçülər götürməyə məcbur etmək üçün mitinqə çıxmağı planlaşdırırdı.

Ancaq noyabrın 13-də teraktlar seriyasından sonra ölkədə fövqəladə vəziyyətin elan edilməsi onların planlarını yerinə yetirməyə mane oldu. Parislilər çıxış yolunu tapdılar: onlar öz əvəzlərinə ayaqqabılarını "mitinq etməyə" göndərdilər. Yekunda bir neçə saat ərzində Parisdəki İnqilab meydanı çəkmələr, tuflilər, səndəllər, çəkələklərlə doldu. Onları yazılar, kiçik lövhələrlə müşayiət ediblər və bitkilərlə bəzəyiblər.

Avaaz qeyri-hökümət təşkilatının təmsilçisi Emma Rubi-Saks bildirib ki, bu, ümidi simvolizə edir. Aksiya üçün Roma Papası Fransisk və BMT-nin baş katibi Pan Qi Mun öz ayaqqabılarını göndəriblər.

COP21 - BMT-nin tarixi olaraq vacib konfransıdır. Onun prinsipial fərqi ondadır ki, burada iqlim dəyişikliyinin dayandırılması üzrə qəbul edilmiş razılaşmaların icra edilməsi mütləqdir, bu isə azkarbonlu iqtisadiyyata keçmək niyyətinin real olduğu anlamına gəlir.

COP21 dekabrın 11-nə kimi davam edəcək.

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər