Kaliforniyadabaş verən atışma zamanı 14 nəfər öldürülüb
ABŞ-ın San-Bernardino şəhərində baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.
1news.az РИА Новости-yə istinadən xəbər verir ki, hadisə Amerikanın San-Bernardino (Kaliforniya ştatı) şəhərində məhdud imkanlı insanlara yardım mərkəzində baş verib.
Bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib. Onun sözlərinə görə, onlar avtomat silah və tapançalarla silahlanıb, kamuflyaj geyimində olublar.
Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir.
Silahlı insidentin baş verdiyi mərkəzdə müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir.
Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.
Əməliyyat nəticəsində bir polis yaralanıb.
1news.az