Qısqanc ər özünü və deputat arvadını partlatdı

Rusiyanın Novosibirsk rayonunda Oktyabr rayon sovetinin deputatı Oksana Bobrovskaya həlak olub.
1news.azИзвестия nəşrinə istinadən bildirir ki, deputat xanımın əri arvadını xəyanətdə günahlandıraraq qisas almaq istəyib və Toyota RAV-4 avtomobilində olarkən əl qumbarasını partladıb.
“Onların ikisi də maşının arxa oturacağında oturmuşdular. Bu zaman Oksana Bobrovskayanın əri qumbaranı partladıb”, - rayon prokurorunun köməkçisi Anastasiya Kuleşova deyib.
4 yaşlı qız anası Oksana Bobrovskaya “Diskus Plus” tikinti şirkətinin baş direktorunun müavini idi.
1
1news.az
663