Ermənistan müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir

13:24 - 07 / 12 / 2015
Ermənistan müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir

Ermənistanda konstitusiya islahatı referendumunun nəticələrinin ləğv edilməsi tələbi ilə paytaxt İrəvanda mitinq keçiriləcək.

1news.azErmənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu “Yeni Ermənistan”hərəkatının və etiraz aksiyasının təşkilatçılarından biri Jirayr Sefilyan bildirib. Məlumata görə, etiraz aksiyası bu gün saat 16.00-da İrəvanın “Azadlıq” meydanında keçiriləcək.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatına dair referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, referendumda iştirak edənlərin 63,35 faizinin konstitusiya islahatı layihəsinin lehinə səs verib. Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət İrəvanın “Azadlıq” meydanında etiraz aksiyasını davam etdirib.

Xatırladaq ki, aksiya dekabrın 1-də başlayıb.

1news.az

Paylaş:
1094

Son xəbərlər

Bütün xəbərlər