Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib

15:15 - 04 / 12 / 2015
Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəvətəndaşlığından məhrum edilib.

1news.az-ın НТВ.Ru-yaistinad edərək verdiyi məlumata görə, müvafiq sərəncamın mətni Gürcüstan prezidenti Georgi Marqvelaşvilininrəsmi saytında yerləşdirilib.

Dünən G.Marqvelaşvili Gürcüstan Ədliyyə Nazirliyindən rəy alıb. Həmin sənəddə ölkə başçısına müəyyən prosessual hərəkətlərlə əlaqədar M.Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi barədə tövsiyə yer alıb. G.Marqvelaşvili nazirliyin təklifini nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, M.Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb.

1news.az

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər