Türkiyədə İŞİD torrorçusu saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə İŞİD torrorçusu saxlanılıb

11:52 - 16 / 12 / 2015
Türkiyədə İŞİD torrorçusu saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən “İraq Şam İslam Dövləti” (İŞİD) terror  təşkilatının üzvü saxlanılıb. Terrorçu ABŞ-ın İstanbuldakı baş konsulluğu binasında teror aktı həyata keçirməyi planlaşdırırdı.

1news.az NTV kanalına istinadən xəbər verir ki, İŞİD teror qruplaşmasının üzvü olan suriyalı Məhəmməd Rahil əl- Hardani Kahramanmaraş şəhərinin avtovağzalında saxlanılıb. Əldə olunan məlumata görə əl-Hardani  özünü diplomatik missisya olan binada partlatmaq niyyətində olub.

Bu məlumat Amerika tərəfindən də verilib. əl-Hardani məhkəmə qərarı ilə həbs olunub.

Araşdırma davam edir.

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər