Dövlət Komitəsinin sədri ABŞ-ın səfiri Robert Sekuta ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Komitəsinin sədri ABŞ-ın səfiri Robert Sekuta ilə görüşüb

21:31 - 18 / 12 / 2015
Dövlət Komitəsinin sədri ABŞ-ın səfiri Robert Sekuta ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Dövlət komitəsindən verilən məlumata əsasən, görüş zamanı Dövlət Komitəsinin sədri vurğulayıb ki,  Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini qeyd edən Mübariz Qurbanlı  ölkəmizdə dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb.

ABŞ səfiri Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib. O, qeyd edib ki, dini radikalizmə və terrorizmə qarşı mübarizə bütün ölkələrin səylərini birləşdirməyi zəruri edir.

Görüş zamanı Komitə sədri ABŞ Konqresinin Helsinki Komissiyasının  rəhbəri, konqresmen Kris Smit tərəfindən irəli sürülmüş qanun layihəsi ilə bağlı fikirlərini ABŞ səfirinin diqqətinə çatdırıb.  Bildirib ki, həmin qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir. Bu tipli cəhdlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməklə yanaşı, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Çünki qanun layihəsi ABŞ-da fəaliyyət göstərən erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Azərbaycanda tarixən müsəlman, pravoslav, yəhudi və digər dini icmaların dinc, yanaşı şəkildə yaşamaları, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələri bütün dünyaya nümunədir. Qanun layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddiaların heç bir əsası yoxdur.

Komitə sədri belə bir sənədin qəbul olunmasının Azərbaycanla-ABŞ arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vura biləcəyini səfirin bir daha diqqətinə çatdırıb və ümidvar olduğunu bildirib ki, Konqres bu sənədə səs verməyəcəkdir.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.  

1news.az

Paylaş:
942

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər