Azərbaycanın Macarıstandakı səfirliyi Şuşanın işğalı ilə bağlı təqvim hazırlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Macarıstandakı səfirliyi Şuşanın işğalı ilə bağlı təqvim hazırlayıb

12:57 - 21 / 12 / 2015
Azərbaycanın Macarıstandakı səfirliyi Şuşanın işğalı ilə bağlı təqvim hazırlayıb

Azərbaycanın Macarıstandakı səfirliyi Yeni il ərəfəsində 2016-cı il üçün “Şuşa” tematik təqvimini çap etdirib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğaldan sonra dövrünü əks etdirən foto-şəkillərdən istifadə olunub.

Haqlı olaraq “Qafqazın konservatoriyası” adını qazanan abad və gözəl, tarix və ənənələr baxımından zəngin Şuşa şəhəri ilə erməni vandallarının xarabazarlığa çevirdikləri qorxunc daş qalaqlarından ibarət müasir Şuşanın müqayisəsi xalqımıza və bütünlükdə tarixə, mədəniyyətə, insanlığa qarşı işlənmiş cinayətin miqyası və amansızlığı haqqında aydın təsəvvür yaradır.

Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev təqvimə şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumat da daxil edib.

“Şuşa” təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb. Nəşrin bir hissəsi isə 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

1news.az

Paylaş:
950

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər