Pakistan prezidenti: Pakistan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

Pakistan prezidenti: Pakistan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir

16:01 - 24 / 12 / 2015
Pakistan prezidenti: Pakistan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn, Milli Assambleyanın sədri Ayaz Sadiq, xarici işlər naziri Sərtac Əziz bu ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Daşqın Şikarovla görüşüblər.

1news.az  xəbər verir ki, prezident Məmnun Hüseynlə keçirilən görüşdə D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Pakistan dövlətinin başçısına çatdırıb. O, ölkələrimiz arasında siyasi, diplomatik, ticari-iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişaf etdiyini, beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edib. Prezident Məmnun Hüseynin cari ilin martında Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açdığını bildirib, İslamabad-Bakı birbaşa hava əlaqəsinin bu səfərin məntiqi nəticəsi olduğunu, bunun xalqlarımız arasında münasibətlərin və iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. D.Şikarov Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın bir dövlət kimi onu tanımamasının, həmçinin erməni hərbi birləşmələrinin Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar Pakistan Senatının qətnamə qəbul etməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. O, Pakistanda səfir işlədiyi müddətdə bu ölkənin bütün bölgələrinə səfər etdiyini bildirib, pakistanlıların Azərbaycan dövləti və xalqına qarşı xüsusi rəğbətinin şahidi olduğunu söyləyib

Pakistan Prezidenti Məmnun Hüseyn salamlarının, dərin hörmət və ehtiramının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib, Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Prezident Məmnun Hüseyn Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanda irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib, bu kimi layihələrin xalqlarımız arasında qardaşlıq münasibətlərinə xüsusi töhfə verdiyini bildirib. Dövlət başçısı səfər zamanı Fondun prezidenti Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ali ordenini təqdim etməkdən məmnunluq duyduğunu vurğulayıb.

Pakistan Prezidenti ölkələrimiz arasında əlaqələrin, həmçinin xalqlarımızın qardaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Pakistana səfər etməyə dair rəsmi dəvət məktublarının göndərildiyini vurğulayıb, Pakistan dövləti və xalqının bu səfəri səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

İqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayan Pakistan dövlətinin başçısı qarşılıqlı investisiyaların yatırılması potensialının olduğunu bildirib. Həmçinin, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük imkanlara malik olduğunu söyləyib.

Prezident Məmnun Hüseyn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəsinin Azərbaycanı tam dəstəklədiyini, Ermənistanla heç bir diplomatik münasibətlər qurmadığını, bunun Azərbaycan torpaqlarının işğaldan azad olunana qədər davam edəcəyini bildirib.

Pakistan parlamentində keçirilmiş görüşdə Milli Assambleyanın sədri Ayaz Sadiq iki ölkənin qanunverici orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyini, Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin, parlamentlərarası dostluq qrupunun üzvlərinin Pakistana, Pakistan Senatının sədr müavinlərinin, xarici əlaqələr, müdafiə komitələri sədrlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin Azərbaycana səfərlərini xatırladıb. D.Şikarov Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında məlumat verərək, beynəlxalq təşkilatların seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı bəyanatlarını diqqətə çatdırıb. O, Pakistan parlamentinin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqe və qəbul edilmiş üç qətnaməyə görə minnətdarlığını bildirib.

Ayaz Sadiq yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Oqtay Əsədova təbriklərini çatdırmağı xahiş edib, 2016-ci ilin birinci yarısında Azərbaycana səfər etmək niyyətində olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin daha da intensivləşdirilməsinin zəruriliyini qeyd edib. Sədr işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasının vacibliyini bildirərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Xarici işlər naziri Sərtac Əziz ilə görüşdə Azərbaycan-Pakistan ikitərəfli və çoxtərəfli əlaqələri haqqına müzakirələr aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Sərtac Əziz Pakistanın Azərbaycanı regionda özünə ən yaxın ölkə hesab etdiyini vurğulayıb. O, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyib, digər sahələrdə əlaqələrin də bu səviyyəyə çatdırılmasının önəmini qeyd edib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Pakistanın Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.

Paylaş:
1246

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər