Tiflis Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Tiflis Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib - FOTO

03:31 - 25 / 12 / 2015
Tiflis Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib - FOTO

Dekabrın 24-də İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində Heydər Əliyev Fondunun təşkil etdiyi  "Azərbaycan Mərkəzi"ndə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib. 

Tədbirdə universitetin azərbaycanlı tələbələri iştirak ediblər. Tədbiri mərkəzin əlaqələndiricisi Leyla Əmrahova açaraq tələbələrə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi haqqında ətraflı məlumat verərək, qeyd edib ki, dünyanın harasında yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlı öz millətini, Azərbaycan dövlətini unutmamalı, azərbaycançılıq ideyalarını  təbliğ etməli və Azərbaycan adlı vətənin adını ucaltmalı, nəhayət milli və mənəvi birliyimizi gücləndirməlidir.

Tədbirdə çıxış edən tələbələr Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan digər azərbaycanlı gənclərin Gürcüstanda daha həmrəy olduqlarını, azərbaycanlıların milli birliyinə, həmçinin gürcü xalqının nümayəndələri ilə dostluğu və qardaşlıq ənənələrini, xalqlarımızın isti münasibətlərini həmişə qorumağa və inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Sonda tələbələr 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  ilə bağlı universitetdə, Gürcüstanda yaşayan azərbaycanlılar arasında və digər yerlərdə mütəmadi olaraq söhbətlər aparmaq və bu əlamətdar günü ümumdünya həmrəyliyi günü kimi yaşatmaq və inkişaf etdirmək üçün təbliğatı gücləndirmək qərarına gəliblər.

Azərbaycanlı tələbələr həmin gün TDU-nun rektoru Vladimir Papava, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri Dursun Həsənov və Əli Əlabbasov ilə də görüşərək Həmrəylik Günü haqqında fikir mübadiləsi aparıblar. TDU-nun rektoru V. Papava Azərbaycan və azərbaycanlılar  haqqında özünün müsbət fikirlərini söyləyib.

Görüşün sonunda universitetin rektoru azərbaycanlı tələbələrə təhsildə və ictimai işlərdə, həmçinin həyatda uğurlar arzulayıb.

APA

Paylaş:
919

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər