Vüqar Əliyev KPMQ-nin Rusiya və MDB ölkələrində maliyyə qurumları üzrə fəaliyyətində təcrübə rəhbəri təyin olunub
V.Əliyev Azərbaycanda KPMQ-nin icraçı tərəfdaşı olmaqla yanaşı digər vəzifəni də yerinə yetirəcək.
1 yanvar 2016-cı il tarixindən Vüqar Əliyev KPMQ-nin Rusiya və MDB ölkələrində maliyyə qurumları üzrə fəaliyyətində təcrübə rəhbəri olacaq. O bölmənin regionda inkişafı və bölmə strategiyasının reallaşdırılmasına cavabdehlik daşıyacaq. Eyni zamanda V.Əliyev Azərbaycanda KPMQ-nin icraçı tərəfdaşı işini də yerinə yetirəcək. Bakının maliyyə mərkəzi kimi rolunun yüksəlməsi və MDB ölkələri arasında maliyyə, ticarət- iqtisadə əməkdaşlığın möhkəmlənməsində onun bu yeni vəzifəsi əhəmiyyət daşıyır.
Vüqar Əliyev peşəkar karyerasına 1996-cı ildə “Böyük dördlüyün” şirkətlərindən birində başlayıb.
2011-ci ildən o, Azərbaycanda KPMQ ofisinə icraçı əməkdaş kimi rəhbərlik edib. Hazirda KPMQ ofisi audit, vergi və maliyyə konsultasiyası üzrə xidmətlər təklif edir, daimi işçılərn sayı 100 nəfəri ötür. 2015-ci ilin yay ayından etibarən V.Əliyev KPMQ-nın MDB üzrə direktorlar şurasına daxil olur.
Son 20 il ərzində Vüqar Əliyev Azərbaycan,Rusiya, Türkiyə, Gürcüstanda müxtəlif baklar, sığorta tikinti və lizinq şirkətlərinə auditor və konsultasiya xidmətləri təqdim edib. 90-cı illərin ortasında o, Azərbaycanın bank sisteminin beynəlxalq standartlara keçməsi prosesində aktiv iştirak edib. 2000-2001-ci ildə V.Əliyev Azərbaycanın kommersiya banklarında korporativ idarəetmə standartlarının yaradılmasında və Azərbaycanda audit fəaliyyətində ən yaxşı dünya təcrübələrinin tətbiq olunmasına iştirak edib.
Vüqar Əliyevin yeni vəzifəyə təyinatı məsələsindən danışan KPMK-nın Rusiya və MDB üzrə idarəetmə heyətinin sədri və idarəedici tərəfdaş Oleq Qaşanski qeyd edib: “Vüqar Əliyev Rusiya, digər MDB ölkələri və Türkiyədəki maliyyə institutları ilə uzun müddətli iş təcrübəsinə sahibdir. Bu sahənin spesifikasını çox yaxşı anlayır. Eyni zamanda biz regionun ölkələrinin maliyyə mərkəzi kimi Azərbaycanda və Bakıda KPMK təcrübəsinin inkişafına əhəmiyyət veririk”.
Rusiya və MDB ölkələrində maliyyə institutları fəaliyyətə təcrübə rəhbəri təyin olunmaq mənim üçün böyük şərəf, eyni zamanda yeni professional çağırışdır”, - deyə V. Əliyev yeni təyinatını şərh edərkən bildirib. Bank sektoru və MDB ölkələrinin maliyyə sisteminin digər üzvləri qarşısında ciddi problemlər dayanır. Əminəm ki, peşəkar komandamız və KPMK-nın beynəlxalq təcrübəsindən faydalanmaq imkanı bu problemlərin həllində biznes və dövlət üçün faydalı olacaq”.
1news.az