ABŞ-da 2500-dən çox aviareys əlverişsiz hava şəraiti səbəbiylə ləğv edilib
Bazar ertəsi ABŞ-da güclü çovğun 2500-dən çox aviareysin ləğv edilməsinə, 4500-dən çoxunun isə təxirə salınmasına səbəb olub. Bu haqda “USA Today” qəzeti yazır.
Qəzetin yaydığı məlumata əsasən, Çikaqo, Dallas, Hyuston və Texas hava limanlarında uçuşlar ləğv edilib. Çikaqonun “Miduey” beynəlxalq aeroportunda 1300-dən çox uçuş ləğv edilib ki, bu da hava limanının gündəlik uçuş cədvəlinin yarısını təşkil edir.
Xatırladaq ki, güclü çovğun bazar günündən ABŞ-ı cənginə alıb.Bir çox iri aviaşirkətlər sərnişinlərin uçuş vaxtını əlavə vəsait almadan dəyişdirməyə razıdırlar.
РИА Новости
986