Azərbaycanın sığorta bazarı 5,3% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın sığorta bazarı 5,3% artıb

11:14 - 29 / 12 / 2015
Azərbaycanın sığorta bazarı 5,3% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 403,1 milyon manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından 1news.az-a verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.

11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 157,5 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 39,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-noyabr aylarında 37,5 manat olub.

1news.az

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər