Qızılın qiymətində yüksəlmə müşahidə olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızılın qiymətində yüksəlmə müşahidə olunur

10:20 - 30 / 12 / 2015
Qızılın qiymətində yüksəlmə müşahidə olunur

Dekabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 1,10% bahalaşaraq 17 720,98 bənd, S&P 500 1,06% irəliləyərək 2 078,36 bənd, Nasdaq isə 1,33% artaraq 5 107,94 bənd təşkil edib.

1news.az-ın xəbər verir ki, Avropa fond bazarlarındakı indekslərdə yüksəlmə nəzərə dəyir. Belə ki,  Almaniya DAX-ı isə 1,94% irəliləyərək isə 10 860,14 bənd olub.  FTSE 100 indeksi 0,96% bahalaşaraq 6 314,57 bənd, Fransa CAC-40-ı 1,81% artaraq 4 701,36 bənd, təşkil edib.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% bahalaşaraq 1 070,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0932 (-0,38%) təşkil edib.

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər