Azərbaycanda banklar dollar və avro satışını dayandırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda banklar dollar və avro satışını dayandırdı

13:33 - 07 / 01 / 2016
Azərbaycanda banklar dollar və avro satışını dayandırdı

7 yanvar tarixində ölkənin iri bankları xarici valyuta çatışmazlığına əsaslanaraq dollar və avro satışını dayandırıb.

1news.az  müxbirinin dollar dəyişmək istəyi demək olar ki, bütün banklarda uğursuzluqla nəticələndi. Maliyyə bazarındakı mənbələrin məlumatına görə, bu problem hesablardakı valyutanın banklar tərəfindən rezervasiya olunması ilə əlaqədardır.

“Dollar və avro yalnız bu valyutalar üçün açıq  depozit  tələbatı ilə əlaqədar verilir Dəyişmə əməliyyatları hələ ki həyata keçirilmir.

Mənbələrin qeyd etdiyi kimi bu AR Mərkəzi Bankı tərəfindən banklara xarici valyuta satışının dayandırılması ilə əlaqədardır. Bunun nəticəsində bazarda xarici valyuta qıtlığı müşahidə olunur.  

“Lakin bu məsələdə bankları günahlandırmaq olmaz. Valyuta çatışmazlığı olduğu təqdirdə onlar fəaliyyətdə olan depozitlərlə bağlı öhdəliklərini yerinə yetimək üçün əllərindəki valyutanı qoruyur”,- deyə mənbə qeyd edir.

Qeyd edək ki, 7 yanvar tarixində AMB tərəfindən 1 ABŞ dolları 1,5626 AZN, 1 avro isə 1,6913 AZN olaraq müəyyənləşib.

Həmçinin, bu gün məlum olub ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti  “ Valyutadəyişmə əməliyyatlarının aparılması və məntəqələrdə valyutadəyişmənin təşkili qaydaları”na yeni dəyişikliklər əlavə edib.

Artıq 500 dollardan çox məbləğ dəyişdirildiyi zaman şəxsiyyəti təsdiq edən vəsiqə təqdim olunmalıdır. Əvvəllər 5000 ABŞ dollarının dəyişdirilməsi zamanı şəxsiyyət vəsiqəsinin təqdimi tələb olunurdu.

Həmçinin, yeni qaydalara görə, artıq valyuta satışı kursunu banklar müstəqil olaraq özləri müəyyənləşdirəcək.

Valyuta kursu bankın xüsusi əmri ilə təsdiq olunacaq. Bu halda bankın hər bir filialı və valyutadəyişmə məntəqəsində qiymət fərqli ola bilər.

Əgər Mərkəzi Bank tərəfindən məntəqələrdə valyutanın satışı və alışında limit qoyularsa, banklar valyuta kursunu müəyyən edərkən bunu nəzərə almalıdır.

Lakin 1news.az –ın məlumatına görə son bir neçə gün ərzində AMB tərəfindən belə bir limit qoyulmayıb.

Buna görə də müxtəlif banklarda valyuta kursları bir-birindən kəskin şəkildə fərqlənir. Belə ki, 6 yanvar tarixində  Mərkəzi Bankın açıqladığı rəsmi  satış kursu 1,5610 AZN/USD olduğu halda, AGBank-da dolların satışı 1,8 AZN/USD olaraq müəyyən olunmuşdu.

Paylaş:
1256

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər