Devalvasiyadan sonra xarici kreditlər üzrə “Azərenerji”nin borcları artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Devalvasiyadan sonra xarici kreditlər üzrə “Azərenerji”nin borcları artıb

20:58 - 03 / 03 / 2016
Devalvasiyadan sonra xarici kreditlər üzrə “Azərenerji”nin borcları artıb

“Azərenerji” ASC-nin SOCAR-a olan borcunun məbləği və borcunu ödəyə bilməməsinin səbəbləri açıqlanıb.

1news.az xəbər verir ki, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, 2015-ci ildə baş vermiş devalvasiya “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyini əhəmiyyətli dərəcədə artırıb. Məlumata əsasən, bu da “Azərenerji”nin digər öhdəliklərinin icrasında problemlərə, xüsusilə yanacağa görə SOCAR-a ödənişlərinin azalmasına səbəb olub.

 “Qeyd olunanları nəzərə alaraq elektroenergetika müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması, “Azərişıq” ASC-nin alınmış elektrik enerjisinə görə “Azərenerji” ASC-yə, “Azərenerji” ASC-nin yanacağa görə, Dövlət Neft Şirkətinə yaranmış borclarının tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 dekabr tarixli 514 s nömrəli sərəncamına əsasən büdcə ssudası ayrılıb, 2016-2025-ci illər üçün “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Sərəncama əsasən, aparılan tənzimləmələr və ödənişlər nəzərə alınmaqla 01.01.2016-cı il tarixə “Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə borcu 49,6 milyon manat, “Azərenerji” ASC-nin Dövlət Neft Şirkətinə borcu 312 milyon manat təşkil edib”, - deyə hesabatda vurğulanıb.

Qeyd edək ki, dövlət zəmanətli kreditlər və onların faizləri “Azərenerji” ASC-nin maliyyə imkanları hesabına ödənilir və 2015-ci ildə bu məqsədlə 226,9 milyon manat, o cümlədən 192,5 mln. manat əsas məbləğ, 34,4 mln. manat faiz borcu ödənilib. Ümumilikdə 01.01.2016-cı il tarixə “Azərenerji” tərəfindən 2 mlrd. manatdan artıq (1,6 mlrd. əsas məbləğ, 0,4 mlrd. manat faiz) kredit borcu qaytarılıb.

1news.az

Paylaş:
928

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər