Mübariz Əhmədoğlu: “Naxçıvana atəş açmaqda Ermənistanın məqsədi KTMT-ni müharibəyə qoşmaqdır” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Naxçıvana atəş açmaqda Ermənistanın məqsədi KTMT-ni müharibəyə qoşmaqdır”

11:48 - 08 / 04 / 2016
Mübariz Əhmədoğlu: “Naxçıvana atəş açmaqda Ermənistanın məqsədi KTMT-ni müharibəyə qoşmaqdır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişəsində Ermənistanın əlində Azərbaycanı hədələyən mexanizmə çevrilib.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələri şərh edərkən deyib.

“Amma imkan düşəndə Ermənistan KTMT-ni praktiki baxımdan da Azərbaycana qarşı addım atmağa sövq edib. Ermənistanın KTMT-yə sədrliyə başlamaq ərəfəsində Ermənistan-Azərbaycan sərhədində vəziyyəti gərginləşdirdi. Hətta Rusiya dövlət nişanlı avtomaşını Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın ən qısa məsafəyə qədər sürdürdü. Sürücüsü milliyyətcə osetin olan bu yük avtomobili Azərbaycan hərbçilərinin gözünün qabağında təxribat xarakterli manevrlər etdi. O zaman KTMT qısaca münasibət bildirməklə kifayətləndi. Ermənilər ancaq buna nail ola bildilər”.

Dağlıq Qarabağda gedən döyüşlərdə Ermənistanın məğlub olmasına diqqət çəkən M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan KTMT-nin daha aktiv şəkildə işə qoşulmasında maraqlıdır:

“Dağlıq Qarabağda, qoşunların təmas xəttində şiddətli döyüşlər getdi. Ermənistan bu döyüşləri uduzur. KTMT Dağlıq Qarabağda gedən döyüşlərə yalnız ritorik münasibət bildirir. Bundan artığına KTMT-nin hüquqi səlahiyyəti çatmır. Ermənistan isə KTMT-nin daha aktiv şəkildə işə qoşulmasında maraqlıdır; Qarabağda uduzduqlarının qisasını bəlkə Ermənistan-Azərbaycan dövlət sərhədində aldı”.

Politoloq bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsi isə ermənilərə daha böyük konfliktogenlik vəd edir. Ermənilərə görə, Naxçıvanda müharibə olacaqsa Türkiyə də işə qarışa bilər:

“Türkiyə NATO dövlətidir. Bir tərəfdə Rusiya-KTMT, digər tərəfdə isə Türkiyə-NATO. Beləliklə, Ermənistan NATO-KTMT münaqişəsi yaratmaqla Dağlıq Qarabağ mövzusunu unutdurmuş olur. Bu xəstə erməni beynin ortalığa qoyduğu ideyadır. Erməninin düşməni Azərbaycan və Türkiyə deyil, erməninin düşməni belə erməni beyinləridir. İndi Ermənistana rəhbərlik edənlərdir”.

1news.az

Paylaş:
709

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər