Baş Prokurorluq: Ermənilərin mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı 32 cinayət işi açılıb | 1news.az | Xəbərlər
Siyasət

Baş Prokurorluq: Ermənilərin mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı 32 cinayət işi açılıb

15:25 - 13 / 05 / 2016
Baş Prokurorluq: Ermənilərin mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı 32 cinayət işi açılıb

Aprel ayında ermənilərin mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı 32 cinayət işi açılıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu mayın 13-də Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov Milli Məclisdə “Təmas xəttində  son hadisələr: Beynəlxalq üuhmanitar hüququn probemləri” keçirilən dinləmər zamanı bildirib.

Onun sözlərinə görə, 641 yaşayış evinə ziyan dəyib, dağılıb:

“Ermənistan beynəlxalq hümanitar hüquq normalarını pozub. Mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb. Altı nəfərin ölümünə səbəb yaşayış məntəqələrinə atılmış mərmilərin qəlpələri olub. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir”.  

Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.

Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.

Aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. Ermənilərin atəş açması nəticəsində aldığı xəsarətlərdən bir Azərbaycan vətəndaşı həlak olub.

Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır. 

Mövzu ilə əlaqədar oxuyun:

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaşayış məntəqələrinə və mülki əhaliyə ciddi ziyan dəyib – FOTO

Xələf Xələfov: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi ikili standartlardır”

Bahar Muradova: “Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək”

Hərbi Prokurorluq: Ermənilərin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi faktına görə cinayət işi başlanıb

1news.az

Paylaş:
947

Son xəbərlər

Bütün xəbərlər