Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak edib

17:46 - 20 / 05 / 2016
Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak edib

Bu gün Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov NATO Mənzil Qərargahında NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak edib.

1news.az  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir  E.Məmmədyarov Türkiyə, Almaniya, Çexiya xarici işlər nazirləri və NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi James Appathurai ilə görüşlər keçirdi.

Qeyd etmək istərdik ki, hal-hazırda Azərbaycan Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Əfqanıstana töhfəsinin əsas elementlərini Qətiyyətli Dəstək Missiyasına hərbi qüvvə töhfəsi, mülki təlim, tranzit və Əfqan milli qüvvələrinin maliyyə təminatı təşkil edir.

“İclasda Xarici İşlər Naziri Elmar Məmmədyarovun  çıxışının tam mətnini təqdim edirik:

Hörmətli Baş katib,

Hörmətli cənab Nazir Rəbbani,

Hörmətli həmkarlar və dostlar,

Azərbaycan stabillik və güvənin əldə olunması yolunda qəti şəkildə Əfqanıstanın yanındadır.

Bu gün Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Əfqanıstan ərazisində ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) missiyasının başa çatmasının ardınca təhlükəsizliyin təmin olunmasının tam məsuliyyətini öz üzərinə götürüb. Bununla belə, biz bu ölkənin hələ də təhdidlərlə qarşılaşdığını və əfqan dostlarımıza daha çox dəstək verməli olduğumuzu bilirik.  Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə və qüvvələrin, multimodal tranzit, təlim və maliyyə yardımının təmin edilməsi ilə Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermə işinə sadiqdir.

Bu xüsusda, mən qətiyyətlə bir daha vurğulayıram ki, mənim ölkəm 2016-ci il ərazində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun  (ƏMO) İnam Fonduna müvafiq əhəmiyyətli ianə etmişdir və 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürmüşdür.

Bundan başqa, Azərbaycan Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və əməli əməkdaşlığa sadiq qalır.  Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra mənim ölkəm inkişaf etmiş Davamlı Tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tutur.

Sonda onu da qeyd etmək istərdim ki, mənim ölkəmin Əfqanıstanın stabilliyinə verdiyi töhfəsi yalnız NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmır. Mədəni və coğrafi cəhətdən yaxın ölkə kimi, biz, təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, sərmayələr, eləcə də cəmiyyətdə qadınların rolunun artırılması sahəsində əməli töhfələrin artırılması ilə gələcək güvənin əldə edilməsi istiqamətində Əfqanıstanın islahatlar yolunu dəstəkləyirik. Yeni İpək Yolunun əhəmiyyətli parçası olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə Əfqanıstan və Avropanı birləşdirəcək.

Təşəkkür edirəm”.

1news.az

Paylaş:
495

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər