Dünya birjalarında neft bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neft bahalaşmaqda davam edir

09:17 - 07 / 06 / 2016
Dünya birjalarında neft bahalaşmaqda davam edir

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.20% artaraq 50.45 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.16% artaraq 49.61 dollar təşkil edib.

1news.az

         

Paylaş:
1175

Son xəbərlər

Bütün xəbərlər