Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

17:55 - 09 / 06 / 2016
Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

1news.az-ın məlumatına görə, iyunun 13-də keçiriləcək depozit hərracına 150 mln. manat məbləğində vəsait çıxarılıb.

Hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

1news.az

 

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər