Mərkəzi Bank tərəfindən depozit hərracı keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank tərəfindən depozit hərracı keçirilib

15:54 - 13 / 06 / 2016
Mərkəzi Bank tərəfindən depozit hərracı keçirilib

Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb.

1news.az-a bankdan verilən məlumata görə, depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə  də yönəlib.

13 iyun 2016-cı il tarixində keçirilmiş hərracın nəticələrinə görə cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil edib.

Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcəkdir və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcəkdir.  

1news.az

 

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər