“Microsoft” şirkəti “Linkedln”i 26,2 milyard dollara alır
“Microsoft” şirkəti “Linkedln” sosial şəbəkəsini satın almasını elan edib.
1news.az xəbər verir ki, sosial şəbəkənin “brendi, korporativ mədəniyyəti və müstəqilliyini” saxlayacağını bildirilib. Ceff Vayner şirkətin baş direktoru vəzifəsində qalacaq və görülən iş barədə “Microsoft” rəhbərinə hesabat verəcək.
Sövdələşmə bu ilin sonunda tamamlanmalıdır. “Microsoft” bir səhm üçün 196 dollar ödəyəcək. Onun alış haqqında elanı fonunda “Linkedln”in bir səhminin qiymətinin 48 faiz artdığı bildirilir. “Microsoft”un səhmi isə dəyərdə 3 faiz enib.
Şirkətin məlumatına görə, “Linkedln”inin hazırda 433 milyon istifadəçisi var.
1news.az
632