Misirin Xarici İşlər Nazirliyi İstanbulda törədilmiş terror aktı ilə bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
Dünya

Misirin Xarici İşlər Nazirliyi İstanbulda törədilmiş terror aktı ilə bağlı başsağlığı verib

14:41 - 29 / 06 / 2016
Misirin Xarici İşlər Nazirliyi İstanbulda törədilmiş terror aktı ilə bağlı başsağlığı verib

Misirin Xarici İşlər Nazirliyi İstanbulun Atatürk Hava Limanında törədilmiş və onlarla günahsız insanın ölümünə səbəb olmuş terror aktı ilə bağlı bəyanat yayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bəyanatda Türkiyə xalqına başsağlığı verilir.

Misirin xarici siyasət idarəsinin bəyanatında deyilir ki, bu ölkənin hökuməti terrorizmə qarşı mübarizədə beynəlxalq cəhdləri birləşdirməyə çağırır.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.

Mövzu ilə əlaqədar oxuyun:

İlham Əliyev İstanbul aeroportunda törədilən terror aktı ilə bağlı Ərdoğana başsağlığı verib

Azərbaycan XİN-i İstanbulda baş verən terror aktlarını lənətləyir

İstanbulda həyata keçirilən teraktın qurbanlarının sayı artıb – FOTO - VİDEO - YENİLƏNİB

Putinlə Ərdoğan arasında telefon danışığı başlayıb

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər