Türkiyə və Rusiya prezidentlərinin yaxın perspektivdə şəsxi görüşü baş tuta bilər | 1news.az | Xəbərlər
Dünya

Türkiyə və Rusiya prezidentlərinin yaxın perspektivdə şəsxi görüşü baş tuta bilər

16:13 - 29 / 06 / 2016
Türkiyə və Rusiya prezidentlərinin yaxın perspektivdə şəsxi görüşü baş tuta bilər

Rusiya tərəfinin təşəbbüsü ilə Vladimir Putin və Rəcəp Tayip Ərdoğan arasında telefon danışığı baş tutub.

1news.az-ın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, V.Putin İstanbulda baş verən terror aktları ilə bağlı dərin hüznlə başsağlığı verib, teraktların qurbanlarının yaxınlarının kədərini bölüşdüyünü bildirib və yaralananlara şəfa diləyib.

Hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynalxalq əməkdaşlığının fəallaşmasının zəruri olduğunu vurğulayıb.

Putin, Türkiyə prezidentinin göndərdiyi ismarıcın ikitərəfli münasibətlərdə krizis səhifəsini arxada qoymağa, beynəlxalq və regional problematikada birgə işin yenilənmə prosesinin başlanmasına və Rusiya-Türkiyə əlaqələrinin kompleksli şəkildə inkişafına zəmin yaratdığını deyib.

Bu konteksdə, rusiyalı pilotun ölümündə günahlandırılan Türkiyə vətəndaşı barəsində başlayan məhkəmə istintaqının obyektiv xarakter daşıyacağına ümid ifadə edilib.

Rusiyanın prezidenti, hökümətə Türkiyənin müvafiq qurumları ilə danışıqlara girərək iqtisadi-ticari və digər sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı bərpa etmək barədə tapşırıq verdiyini bildirib.

Bunun, rusiyalı turistlərin Türkiyəyə səfər etməsinə qoyulan məhdudiyyətlərin qaldırılması ilə bağlı olduğu vurğulanır.

“Yaxşı olardı ki, Türkiyə höküməti də öz növbəsində turistlərin Türkiyə ərazisində olarkən təhlükəsizliyini təmin etməyə yönələn əlavə addımlar atsın.

İki ölkənin XİN rəhbərlərinin iyulun 1-i Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısını çərçivəsində görüş keçirəcəkləri barədə razılıq əldə olunub. Bu görüşdə bölgədə vəziyyət, Suriya məsələsi və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Türkiyə və Rusiya prezidentləri yaxın perspektivdə şəsxi görüşün keçirilməsinin mümkünlüyünü gözdən keçirmək barədə razılığa gəliblər.

Ümumi olaraq, danışıqlar işgüzar və konstruktiv xarakter daşıyıb və ənənvi dostluq xarakteri daşıyan çoxşaxəli ikitərəfli əməkdaşlığın bərbasına yönəlib”, - deyə, məlumatda qeyd edilir.

Mövzu ilə əlaqədar oxuyun:

Putinlə Ərdoğan arasında telefon danışığı başlayıb

Azərbaycan XİN-i İstanbulda baş verən terror aktlarını lənətləyir

Azərbaycan XİN-i İstanbulda baş verən teraktın qurbanları arasında azərbaycanlıların olub-olmamasını araşdırır

İstanbulda həyata keçirilən teraktın qurbanlarının sayı artıb – FOTO - VİDEO - YENİLƏNİB

1news.az

Paylaş:
619

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər