Türkiyədə növbəti terakt: ölənlər və yaralananlar var
Türkiyədə növbəti terror hadisəsi baş verib.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Cənub-Şərqində yerləşən Mardin vilayətində PKK terror təşkilatının üzvləri Derik rayonu ərazisində avtomagistrala yerləşdirdikləri partladıcını işə salıblar.
Nəticədə hərəkətdə olan hərbi zirehli maşında olan iki hərbçi həyatını itirib, üç nəfər isə yaralanıb.
Terror aktının baş verdiyi rayonda antiterror əməliyyatlarına başlanıb.
1news.az
616