İstanbul aeroportunda faciə: 10 gün sonra toyları olacaqdı, amma bu, baş tutmayacaq... - FOTO | 1news.az | Xəbərlər
Dünya

İstanbul aeroportunda faciə: 10 gün sonra toyları olacaqdı, amma bu, baş tutmayacaq... - FOTO

13:24 - 30 / 06 / 2016
İstanbul aeroportunda faciə: 10 gün sonra toyları olacaqdı, amma bu, baş tutmayacaq... - FOTO

Yaxınları Atatürk beynəlxalq aeropotunda baş verən terror aktı zamanı həlak olanların nəşini gözləyir. Artıq 18 nəş tanınaraq yaxınlarına təhvil verilib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda NTV kanalı məlumat yayır.

Həlak olanlardan biri – aeroportda çalışan Yusif Həznədaroğlu nişanlı idi və 10 gündən sonra onun toyu olacaqdı.

Yaxınlarının sözlərinə görə, Yusif xəstəxanaya gətiriləndə onun vəziyyəti ağır idi. Lakin həkimlərin səyinə baxmayaraq Yusifin həyatını xilas etmək mümkün olmadı.

“Biz yalnız bunları bilirik. İndi isə onun nəşinin verilməsini gözləyirik. Güllə yarası alan dostları da onunla birlikdə idi. 10 gündən sonra onun toy mərasimi baş tutmalı idi, təəssüflər olsun ki, bu, olmayacaq”.

Həlak olanlara arasında Öznur Burakçının atası Mustafa Bıyıklı da var.

“Danışa bilmirəm. Çox insan xəsarət alıb. Bu müqəddəs ayda terrorçular onları məhv etdi. Bu, ədalətsizlikdir”, -  o, göz yaşlarını güclə saxlayırdı.

Onun sözlərinə görə, atasını bir neçə gün öncə görmüşdü:

“İndi onunla bir daha görüşə bilməyəcəyik. Terror hadisəsi baş verəndə atamı axtarmağa başladıq. Ona zəng etdik, lakin o, telefonu açmadı”.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.

Hava Limanının girişində və terminalın parklanmasında kamikadze odlu silahdan atəş açaraq partlayıcı qurğunu işə salıb. 

Həmçinin Türkiyənin Baş naziri Binəli Yıldırım hadisəni törətməkdə İŞİD terrorçu qruplaşmasının törətdiyini də bəyan etmişdi.

1news.az

Paylaş:
2828

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər