AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər – FOTO

13:01 - 05 / 07 / 2016
AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər – FOTO

AZAL Miles bonus proqramı çərçivəsində “Azərbaycan Hava Yolları”-nın (AZAL) reyslərində sərnişinlərə Ramazan bayramı müddətində (6 və 7 iyul) ikiqat səyahət və status balları təqdim olunacaq.

Bununla yanaşı, aşağıdakı istiqamətlər üzrə oktyabrın 15-dək olan uçuşlara biznes sinif aviabilet alan AZAL Miles proqramı iştirakçıları 50 faiz daha çox status və səyahət balları qazana biləcəklər:

- Moskva

- İstanbul

- Kiyev

- Minsk

- Sankt-Peterburq

- Milan

- Paris

- Pekin

- Praqa

- Dubay

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Bundan əlavə, Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Paris və Milan kimi şəhərlərə sentyabrın 12-dən  dekabrın 10-dək olan uçuş tarixlərinə sentyabrın 15-dək  biznes sinif aviabilet alan sərnişinlər güzəşli tariflərdən yararlana bilərlər.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80; *8880.

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Paylaş:
560

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər