Rəsul Çunayev: “Olimpiya oyunlarına qızıl medal dalınca getmişdim, lakin alınmadı” – FOTO
Rioda keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev (66 kq) öz çıxışı barədə danışıb.
1news.az-ın Sportbox.az-a istinadən sizə R.Çünyaevin müsahibəsini təqdim edir.
- Rioda keçirilən Olimpiya oyunları karyeranızda ilk Olimpiada idi və siz medal qazana bildiniz. Öz çıxışınızı necə qiymətləndirirsiniz?
- Nə deyəcəyimi bilmirəm. Olimpiya oyunlarına qızıl medal dalınca getmişdim, lakin alınmadı. Bir tərəfdən şadam ki, Azərbaycana bürünc medal gətirdim. Çalışacam ki, gələcək yarışlarda bayrağımızı daha yüksəklərə qaldıram.
- Hal-hazırda ağlınızdan nə keçir?
- Bu gündən başlayaraq mənim üçün idman sıfırdan başlayır. Mən Olimpiya oyunlarına çıx ciddi yanaşırdım, lakin, görünən odur ki, qızıl qazanmaq qismət deyilmiş. Əlimdən gələni edəcəm ki, növbəti yarışlarda mənə azarkeşlik edənləri sevindirim.
- Sizi həm dəstəkləyən, həm də tənqid edən oldu. Onlara nə demək istərdiniz?
- Mən onları anlayıram, çünki yarımfinalda ermənistanlı rəqibə məğlub oldum. Lakin hamıdan çox qalib gəlmək istəyirdim. Ümumi isə, biz də fikir azadlığı var və hər kəs düşündüyünü deyə bilər. Bu idmandır. Qalib gələn məğlub olmağı da bacarmalıdır. Həmişə qalib gəlmək mümkün deyil. Məni dəstəkləynlərə təşəkkür edirəm. İnşallah, gələn startlarda mən onların ümidlərini doğruldacam.
- Yarımfinalda nə alınmadı?
- Mən çoxdandır ki 66 kq çəki dərəcəsində çıxış etmirdim. Lakin Olimpiya oyunlarına qatılmaq üçün bu çəki dərəcəsinə keçməli oldum. Çəkinin azaldılması böyük rol oynadı. Yarışlar arasında bərpa olmaq üçün vaxt o qədər də çox deyildi. Bundan başqa, püşkatma da o qədər uğurlu alınmadı. Rusiyalı Olimpiya çempionu, koreyalı dünya çempionu. Buna baxmayaraq, Olimipiyadada qalib gəlmək üçün ən güclüləri yenməlisən. Lakin yarımfinalda nə isə alınmadı.
Foto: Azərbaycan MOK
1news.az