Qidaların dadını dəyişə bilən çəngəl | 1news.az | Xəbərlər
Dünya

Qidaların dadını dəyişə bilən çəngəl

20:52 - 15 / 10 / 2016
Qidaların dadını dəyişə bilən çəngəl

London Universitetinin professoru Edrian Çeokun rəhbərlik etdiyi alimlər qrupu tərəfindən ərzaqların dadını dəyişə bilən “ağıllı” çəngəl - cihaz hazırlanıb. “Taste Buddy” adlı bu cihazın yaradılmasının əsas məqsədi qidaların insan üçün daha sağlam olmasını təmin etməkdir.

1news.az Azərtac-a istinadla xəbər verir ki, qidalara zəif elektrik cərəyanı ötürərək çalışan cihaz insan orqanizmi üçün tamamilə təhlükəsizdir.

Ağızda olan reseptorlar da ona qarşı həssasdırlar. Belə ki, çəngəl qidanın daha şirin və ya daha duzlu dad verməsini təmin edə bilir. Mütəxəssislər ilıq qidalarda şirin dadın soyuq qidalara nisbətən daha çox hiss olunduğunu təyin ediblər. Buna görə də çəngəl 40 dərəcəyə qədər qıza bilir.

Cihazın işlək prototipi ilk dəfə İngiltərənin Birmingham şəhərində keçirilmiş “The Big Bang UK” yarmarkasında təqdim olunub. Bu yeni növ çəngəli sınaqdan keçirənlər duz və şəkərdən daha az istifadə edirlər. Bu isə həzm və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edərək çəkinin azalmasına imkan yaradır.

Cihazın hazırlanma səbəbini açıqlayan Edrian Çeok deyib ki, çəngəl maraqlı bir təcrübə üçün hazırlanmışdı:

“Daha sonra o, böyük potensialı olan bir layihəyə çevrildi. Bu texnologiyanı təkcə çəngəldə reallaşdırmaq şərt deyil. Əşyanın formasının heç bir önəmi yoxdur. Gələcəkdə hətta dad dəyişən qaşıqların və fincanların da hazırlanması planlaşdırılır. Bu texnologiyanın təkmilləşdirilməsi dad dəyişilməsinə daha kəskin təsir etməyə imkan verəcək. Məsələn, insanlar tərəvəzlərin dadını şokolada çevirə biləcəklər”.

1news.az

Paylaş:
690

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər