Türkiyədə canlı bomba özünü partladıb: 3 şəhid, 8 yaralı var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə canlı bomba özünü partladıb: 3 şəhid, 8 yaralı var

15:39 - 16 / 10 / 2016
Türkiyədə canlı bomba özünü partladıb: 3 şəhid, 8 yaralı var

Türkiyə polisi Qaziantepin Şahinbəy vilayətində terrorçuların olduğu evlərdən birinə qarşı antoterror əməliyyatı keçirib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat zamanı yaxalanacağından qorxan canlı bomba özünü partladıb.

Terrorçunun özünü partlatması nəticəsində 3 polis şəhid olub, 4-ü Suriya vətəndaşı olmaqla 8 nəfər xəsarət alıb.

Əraziyə çoxsaylı təcili tibbi yardım avtomobilləri və yanğınsöndürənlər cəlb olunub.

1news.az

Paylaş:
633

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər