Vladimir Putin: “Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub” | 1news.az | Xəbərlər
Dünya

Vladimir Putin: “Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub”

17:21 - 16 / 10 / 2016
Vladimir Putin: “Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də İrəvanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.

V. Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar:

“KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik”.

1news.az

Paylaş:
714

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər