Rus jurnalist gözəllik müsabiqəsinin qalibi oldu | 1news.az | Xəbərlər
Dünya

Rus jurnalist gözəllik müsabiqəsinin qalibi oldu

18:41 - 16 / 10 / 2016
Rus jurnalist gözəllik müsabiqəsinin qalibi oldu

Monqolustanda “Dünyanın ən gözəl üzü” yarışması keçirilib.

1news.az axşam.az-a istinadən xəbər verir ki, builki yarışmanın qalibi 22 yaşlı rus jurnalist Alyona Raeva olub.

60 ölkədən iştirakçının qatıldığı müsabiqədə müxtəlif idman müsabiqələri və milli kostyumların nümayişi də baş tutub.

Alyona bildirib ki, qalib gəlməsi ona sürpriz olub:

“Yarışmanı qazanmaq hədəfim yox idi. Yeni insanları tanımaq, özümü rahat etmək üçün yeni mühitdə olmaq istəmişdim. Müxtəlif şoular, müsabiqələr və digər ölkələrdən gələn insanlarla münasibət qurmaq məni xoşbəxt etdi”.

A.Raeva qalib gəldikdən sonra bir çox reklam şirkəti və televizyalardan təklif aldığını da söyləyib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər